Sosial problemlərin həlli əvəzinə futbola pul ayırmaq: Bu ölkə qarışdı - VİDEO
Bizi izləyin

Dünya

Sosial problemlərin həlli əvəzinə futbola pul ayırmaq: Bu ölkə qarışdı - VİDEO

Sosial problemlərin həlli əvəzinə 2030-cu il Dünya Çempionatına xərclənən vəsaitə görə sentyabrın sonunda Mərakeşdə başlayan gənclərin irimiqyaslı etirazları iğtişaşlarla nəticələnib.

Publika.az Krallığın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, 3 nəfər ölüb, 350-dən çox insan yaralanıb. Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, ötən həftənin sonlarında başlayan etiraz aksiyaları iğtişaşlara və zorakılığa çevrilib. Nümayişçilər bıçaqlı silahlardan, daşlardan, qaz balonlarından istifadə edib, təkərləri yandırıblar.

Hüquq-mühafizə orqanları 400-dən çox insanı saxlayıb, 354 nəfər yaralanıb. Rəsmi məlumatlara görə, yaralananların əksəriyyəti hökumət nümayəndələridir. Zorakılıqla bağlı 193 nəfər istintaqa cəlb olunub.

Etirazlar krallığın ən böyük şəhərlərində, o cümlədən paytaxtı Rabatda, eləcə də Kasablanka, Mərakeş və Aqadirdə yayılıb. Nümayişçilər təhsil, səhiyyə və korrupsiyaya qarşı mübarizədə islahatların aparılmasını tələb edirlər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm