Magazin1
Oğluma səndən də yaxşı qız almışam - EFİRDƏ MÜBAHİSƏ
Əməkdar artist Kübra Əliyeva "Elgizlə izlə" proqramına qatılan Ülkər adlı iştirakçı ilə dava edib.
Publika.az axşam.az-a istinadla xəbər verir ki, aktrisa qızın orada olan narkotikdən sağalan digər bəyə "Sənin kimi birinə ərə getmərəm" deməsinə əsəbiləşib. Qızın ona cavab verməsini görüb özündən çıxan K.Əliyeva onun mikrofonunun bağlanmasını istəyib:
"Sakit dur, mənə cavab vermə. Qız uşağısan, qapını elçilər dağıdırdı? Deyirdin, sənin kimi oğlana ərə getmərəm. Oğluma səndən də yaxşı qız almışam, mənə oğul verdi. İndi nəvəm əsgərlikdədir. Qabaqdangəlmişlik etmə. Mikrofonu alın onun əlindən. Xəstəlikdən sağalan birinə deyirsən ki, sənin kimi birinə ərə getmərəm. İnsanlar balasını narkotikdən müalicə etdirmək üçün evini satır. Sənin qapına gəlib?
Mən bunu yaşamışam. Səni izləyəndə bütün bədənim əsdi. Onları qurtarmaq üçün ölürük. Belə insanlara əl tuta bilirsiniz tutun, tuta bilmirsinizsə susun. Adi bir qığılcım onları məhv edir. Oğlum Rauf 5 dil bilirdi. Mən elə dərd yaşadığım üçün analar zəng vurdu mənə, dedilər ki, susdurun o qızı. Oğluma elçi gedəndə dedim ki, övladım bu yolun yolçusudur. Amma arxanda mənim kimi qayınanan var. Onu işə qoydum, nəvəmi də götürdüm və ona ev də aldım. Həmin vaxt indiki kimi reabilitasiya mərkəzləri olsaydı Rauf kimi oğulu itirməzdik".
Qeyd edək ki, Kübra Əliyevanın oğlu Rauf Məmmədov 2015-ci ildə cəzaçəkmə müəssisəsinin xəstəxanasında qaraciyər xəstəliyindən vəfat edib. O, narkotik maddə aludəçisi olub.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
































