Dünya
Qlobal fəlakət siqnalı: Bu ölkələrə qarşı nüvə silahından istifadə oluna bilər

“Avropadakı dəli düşmənlərimiz”in siyasəti qitəni intihara doğru sürükləyir və Rusiyanı eskalasiyaya vadar edə bilər.
Publika.az xəbər verir ki, bu sərt xəbərdarlığı tanınmış politoloq Sergey Karaqanov edib.
"Əgər dəli olmuş avropalı düşmənlərimiz öz subkontinentini sadəcə intihara sürüklədiklərini başa düşməsələr, biz eskalasiyanı artırmalı olacağıq", - Karaqanov bəyan edib.
O qeyd edib ki, ilkin mərhələdə Ukraynanı dəstəkləyən ölkələrə “qeyri-nüvə silahları” ilə zərbələr endirilə bilər.
Bunun III Dünya müharibəsinin başlamasına səbəb olmayacağını deyən ekspert bildirib ki, daha ciddi mübahisələrin, nüvə silahından istifadənin vaxtı yavaş-yavaş yaxınlaşır.
O hesab edir ki, belə bir addımdan qorxmağa dəyməz, çünki bu, qlobal fəlakətə gətirib çıxarmayacaq. Politoloq əmindir ki, ABŞ Donald Trampın rəhbərliyi altında avropalı müttəfiqləri naminə risk etməyəcək.
Karaqanov həmçinin əlavə edib ki, ABŞ-ın iştirakı ilə münaqişənin tezliklə diplomatik həllinə ümidlər illüziyadır, çünki Vaşinqton mövcud vəziyyətdən faydalanır. Onun sözlərinə görə, Donald Trampın ABŞ maraqlarına zidd hərəkət edəcəyi ilə bağlı əvvəlki gözləntilər özünü doğrultmayıb:
“Ölkəsinə və öz sinfinin maraqlarına təhlükə hiss etməyənə qədər onun bizimlə danışıqlara ehtiyacı yoxdur”.
Adəm
-
İdman16:58
Parisdə bətnində, Xankəndidə yanında: Bütün dünyanın danışdığı Yaylagül yenə gündəmdə - FOTOLAR
-
Sosial15:22
Azərbaycanda görünməmiş hadisə: Xanım sevgilisinə evlilik təklif etdi - VİDEO
-
Hadisə13:54
Məmurun evindən 340 min manat oğurlandı - Oğlunun sevgilisi həbs edildi
-
Dünya12:54
Naxçıvandan qayıdan İlbər Ortaylının halı pisləşdi: Xəstəxanaya yerləşdirildi - FOTO
-
İdman12:24
Türkiyə futbolunun əfsanəsi: Qurban olum Qurban hocaya - VİDEO
-
MDB12:06
İbrahim Süleymanov Rusiyada həbs edildi: Sirli milyarder nədə ittiham olunur?
-
Dünya11:12
Trampın qorxusu: 2026-cı ildə sağ qalmaq istəyirəm
-
ABŞ10:48
O bacılar 36 ildən sonra tapıldılar: Böyük səs-küy yaradan hadisə - FOTOLAR