Baş nazir bu yolla orqan transplantasiyasına dəstək verdi - FOTO
Bizi izləyin

Dünya

Baş nazir bu yolla orqan transplantasiyasına dəstək verdi - FOTO

Tailandın baş naziri Anutin Çarnvirakul transplantasiya proqramı çərçivəsində orqanların daşınması üçün şəxsi təyyarəsi ilə uçuş həyata keçirib.

Publika.az xəbər verir ki, baş nazir "Qanadlı Ürək" transplantasiyası proqramı çərçivəsində orqanları daşımaq üçün şəxsi təyyarəsi ilə paytaxt Banqkokdan Loei əyalətinə uçub.

Məlumata görə, transplantasiya edilən orqanlar yeddi xəstəyə ümid bəxş edəcək. Anutin bu missiyanı könüllü olaraq qəbul etdiyini və orqan transplantasiyası kimi həyati məsələlərin rəsmi vəzifələrdən üstün olduğunu bildirib.

Qeyd edək ki, Anutin Çarnvirakul proqram çərçivəsində son 10 ildə 80-dən çox uçuş həyata keçirib, 200-dən çox xəstənin orqan transplantasiyası əməliyyatlarına dəstək verib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm