Orban Putinin “Troya atı”dır? - Merkel deyir ki...
Bizi izləyin

Dünya

Orban Putinin “Troya atı”dır? - Merkel deyir ki...

Macarıstanın baş naziri Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinin Aİ-də “troya atı” olması fikri cəfəngiyatdır.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın keçmiş kansleri Anqela Merkel “Partizan” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Orban həmişə Avropada öz mövqeyini təqdim edib və tez-tez Macarıstanın mövqeyini inandırıcı şəkildə əsaslandırıb. "Xeyr, bu cəfəngiyatdır. Biz belə şeyə düşməzdik. Mən bunu absurd hesab edirəm", - deyə Merkel fikirlərini bölüşüb.

Keçmiş kanslerin sözlərinə görə, Orban həmişə kompromis axtarır. Keçmiş Almaniya kansleri Macarıstanın dənizə çıxışı olmamasının ona LNG nəqlinə mane olduğuna da diqqət çəkib.

"Bu səbəbdən, Budapeşt Rusiyanın enerji resurslarını idxal etməyə davam edir", - o, fikrini belə yekunlaşdırıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm