Avropa
“Lekornu istefa verdi, növbə Makrondadır”
Səlahiyyət müddəti Beşinci Respublika tarixində ən qısa olan Fransa baş naziri Sebastyan Lekornunun istefası ölkədə siyasi gərginliyin yeni mərhələsinə səbəb olub.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı ifrat sağçı "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippot açıqlama verib.
Filippot sosial şəbəkədə paylaşım edərək prezident Emmanuel Makronu istefaya çağırıb: “Lekornu yenicə istefa verib! İndi isə növbə Makrondadır!”
Baş nazirin istefası yeni kabinetin oktyabrın 5-də elan edilməsindən sonra müxalifət qüvvələrinin güclü tənqidlərindən sonra baş verib. Makron isə bir aydan az müddətdə vəzifədə qalan Lekornunun istefasını qəbul edib.
Qeyd edək ki, bu, 2024-cü ilin sonunda üç aydan bir qədər çox müddətdə baş nazir olmuş Mişel Barnierin əvvəlki rekordunu qırır. Hazırkı vəziyyət hakim koalisiyanı zəiflədərək Fransada siyasi böhranı daha da dərinləşdirir və sabitliyin pozulmasına zəmin yaradır.
Adəm
-
Ekologiya22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı























.jpg)
.jpg)













