Yaxın Şərq
BMT Əfqanıstanda qadın hüquqları ilə bağlı təhqiqata başlayacaq
BMT-nin İnsan Haqları Şurası Əfqanıstanda “Taliban” dövründə insan haqları pozuntularına dair daimi təhqiqat başlatmağa qərar verib.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Heç bir etiraz olmadan, yalnız Çin konsensusu pozaraq, Şura “Taliban”ın dörd ildən çox əvvəl hakimiyyətə qayıtmasından sonra Əfqanıstanda insan hüquqlarına nəzarət etmək məqsədilə “daimi müstəqil istintaq mexanizmi” yaratmağa razılaşıb.
Qətnamə, Beynəlxalq Cinayət Məhkəməsi kimi beynəlxalq ədalət orqanları tərəfindən istifadə oluna biləcək materialların toplanmasını və 47 üzvdən ibarət Şura tərəfindən artıq fəaliyyət göstərən xüsusi müstəntiqin işinin gücləndirilməsini nəzərdə tutur.
Qeyd olunur ki, “Taliban” qadın və qızların hüquqlarını qoruyan qanunları, o cümlədən zorakılıq, zorlama və məcburi nikahı cinayət sayan müddəaları ləğv edib. ABŞ-ın dəstəklədiyi əvvəlki hökumət dövründə bütün hakimləri, o cümlədən 270 qadını işdən azad edərək onların yerinə hüquqi təhsili olmayan və yalnız “Taliban” fərmanları ilə qərar verən kişiləri təyin edib.
Çinin Cenevrədəki nümayəndəsi Vanq Nian isə bildirib ki, Əfqanıstan son vaxtlar sabitliyi təmin etmək, iqtisadi artımı stimullaşdırmaq və əhalinin həyat şəraitini yaxşılaşdırmaq üçün addımlar atıb. Onun sözlərinə görə, ümumi təhlükəsizlik vəziyyəti “stabil olaraq qalır”.
Adəm
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı






































