17 yaşlı qızı bələdiyyə sədrini bıçaqladı - FOTO
Bizi izləyin

Dünya

17 yaşlı qızı bələdiyyə sədrini bıçaqladı - FOTO

Ötən ay evində bıçaqlanmış halda tapılan Almaniyanın Herdecke şəhərinin yeni seçilmiş bələdiyyə sədri İris Stalzerə kimin hücum etdiyi məlum olub.

Publika.az xəbər verir ki, yerli medianın məlumatına görə, həyati təhlükəsi aradan qalxan Stalzer 17 yaşlı qızı tərəfindən bıçaqlandığını açıqlayıb.

Şübhəli hadisədən dərhal sonra təcili yardım xidmətinə zəng etdiyi üçün bu, istintaq prosesində "qəsdən adam öldürməyə cəhd" kimi qiymətləndirilməyib. İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zamanı baş verib.

Stalzerin övladlığa götürdüyü 17 yaşlı qızı və 15 yaşlı oğlu polis bölməsinə aparılıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm