Dünya
Deputat çıxışını bitirən kimi zaldakılar bu mahnını oxudu - Spiker sessiyanı dayandırdı

Yeni Zelandiyada parlament iclasında gərgin anlar yaşanıb.
Publika.az xəbər verir ki, Maori Partiyasının deputatı Oriini Kaipara parlamentdə ilk çıxışını bitirən kimi zalda Maori xalq mahnısı (haka) ifa edilməyə başlanıb.
Qısa müddətdə bəzi deputatların və digər şəxslərin də ifaya qoşulması gərginliyə səbəb olub. Hadisəyə spiker Cerri Braunli dərhal müdaxilə edərək “Xeyr, bu qəbul edilmədi. Bizə belə bir nümayiş olmayacağı deyilmişdi” deyib.
Spiker hadisəni parlament qaydalarına hörmətsizlik kimi qiymətləndirib və məsələ ilə bağlı araşdırma başladıldığını açıqlayıb.
Qeyd edək ki, Oriini Kaiparanın parlamentə daxil olması Yeni Zelandiya siyasətində yerli əhalinin təmsilçiliyini gücləndirməyi hədəfləyən “Te Pati Maori” Partiyası üçün daha bir mərhələ kimi qiymətləndirilir. Partiya keçmişdə həm yerli kimliyini qorumaq səyləri, həm də şiddətli etirazları ilə diqqət mərkəzində olub.
Roza
-
ABŞ19:00
ABŞ Meksika ilə sərhəddə “ağıllı divar” tikir - 4,5 milyard dollar xərclənəcək
-
Nəqliyyat18:40
22 yolda tıxac yarandı - Siyahı
-
Kriminal17:43
Nəzrinin ölümünə görə həbs edilən həkimə hökm oxundu
-
Səhiyyə17:15
Oqtay Şirəliyevin yerinə bu şəxs seçildi - FOTO
-
MDB16:58
Putindən AZAL təyyarəsi ilə bağlı açıqlama: Tezliklə...
-
Cənubi Qafqaz16:16
Əliyevlə Paşinyan Düşənbədə nəyi müzakirə edib? - FOTO
-
Rəsmi xronika15:41
İlham Əliyev rəsmi qəbulda iştirak etdi - FOTO
-
Nida Xəbər 13:30
Bakı ilə İrəvan mütləq bunu etməlidir - Paşinyan açıqladı