Dünya
Yetimlərin himayəçisi - Nobel Sülh Mükafatını alan xanım kimdir?

Xəbər verdiyimiz kimi, Venesuela müxalifətinin lideri Maria Korina Maçado Nobel Sülh Mükafatının laureatı olub. O, ölkədə demokratiyanın qorunmasındakı fəaliyyəti və sülh tərəfdarı mövqeyinə görə bu mükafata layiq görülüb.
Publika.az Maria Korina Maçado ilə bağlı məlumatları təqdim edir.
Maria Korina Maçado 7 oktyabr 1967-ci ildə Karakasda doğulub. O, Venesuela Milli Assambleyasının deputatı olub (2011–2014) və demokratik hərəkatın fəal iştirakçısıdır. Maçado 2012-ci ildə prezident seçkilərində namizəd olub və sosialist hökumətinə qarşı müxalifətdə önəmli rol oynayıb.
O, 1992-ci ildə xeyriyyə təşkilatı Atenea Fondunu yaradaraq yetim və küçədə yaşayan uşaqlara dəstək verib. Maçado həmçinin Venesueladakı 2014-cü il etirazlarının əsas simalarından biri olub.
2023-cü ilin oktyabrında keçirilən müxalifət partiyalarının prezidentlik seçkilərində 92%-dən çox səs toplayaraq qalib gəlsə də, hökumət tərəfindən namizədliyi qanunsuz hesab edilərək rədd edilib. Buna baxmayaraq, o, müxalifətin əsas liderlərindən biri olaraq qalmağa davam edib.
Xanım siyasətçi katolik ənənəsində böyüyüb, Katolik Universiteti "Andrés Bello"da sənaye mühəndisliyi üzrə təhsil alıb və idarəetmə üzrə magistr dərəcəsi qazanıb. Maçado boşanıb və üç övladı var.
Norveç Nobel Komitəsinin sədri Yorqen Vatne Fridnes Maçado haqqında bildirib: "Maria Korina Maçado Latın Amerikasında son dövrlərin ən parlaq vətəndaş cəsarətinin nümunəsidir. O, ölkədə parçalanmış müxalifəti birləşdirərək azad və ədalətli seçkilər tələb edən əsas fiqura çevrilib".
Bu il Nobel Sülh Mükafatına 338 namizəd irəli sürülüb, onların arasında 244 fiziki şəxs və 94 təşkilat olub. ABŞ Prezidenti Donald Tramp da həmin siyahıya daxil edilmişdi. Lakin 2Nobel Sülh Mükafatının sahibi Maria Korina Maçado seçilib. Bu mükafatın məbləği 11 milyon İsveç kronu (təxminən 1,2 milyon ABŞ dolları) təşkil edir və təqdimatı 10 dekabr 2025-ci ildə Oslo şəhərində olacaq.
Akqabay
-
Nəqliyyat18:40
22 yolda tıxac yarandı - Siyahı
-
Kriminal17:43
Nəzrinin ölümünə görə həbs edilən həkimə hökm oxundu
-
Səhiyyə17:15
Oqtay Şirəliyevin yerinə bu şəxs seçildi - FOTO
-
MDB16:58
Putindən AZAL təyyarəsi ilə bağlı açıqlama: Tezliklə...
-
Cənubi Qafqaz16:16
Əliyevlə Paşinyan Düşənbədə nəyi müzakirə edib? - FOTO
-
Rəsmi xronika15:41
İlham Əliyev rəsmi qəbulda iştirak etdi - FOTO
-
Nida Xəbər 13:30
Bakı ilə İrəvan mütləq bunu etməlidir - Paşinyan açıqladı
-
İdman12:40
İntim danışıqları sızdırıldı: Braziliyalı model "Real"ın ulduzunu biabır etdi - FOTOFAKT