Pakistandan SƏRT CƏZA - 19 əfqan sərhəd postu ələ keçirildi
Bizi izləyin

Dünya

Pakistandan SƏRT CƏZA - 19 əfqan sərhəd postu ələ keçirildi

Pakistan və Əfqanıstan hərbçiləri arasında baş vermiş toqquşmalar nəticəsində Pakistan 19 əfqan sərhəd postunu ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə "Geo" telekanalı təhlükəsizlik sahəsindəki mənbələrə istinadla məlumat yayıb.

“Məlumata görə, Pakistan sərhəd boyunca 19 əfqan postunu nəzarətə götürüb”, — deyə xəbərdə bildirilir.

Nəşrin iddiasına görə, Əfqanıstan bu postlardan Pakistan ərazisinə hücumlar həyata keçirmək üçün istifadə edib.

Bundan əvvəl Əfqanıstan Müdafiə Nazirliyi Pakistan əleyhinə həyata keçirilən “Qisas əməliyyatı”nın başa çatdığını açıqlamışdı. Əməliyyat Dürand xətti boyunca Pakistan təhlükəsizlik qüvvələrinin mərkəzlərinə qarşı tədbirləri əhatə edib.

Bir gün öncə Əfqanıstan-Pakistan sərhədində şiddətli döyüşlərin baş verdiyi bildirilmişdi. Ən gərgin toqquşmalar Kunar, Nangarhar və Həlmənd vilayətlərində qeydə alınıb. KİV-in yazdığına görə, bu qarşıdurmalarda Pakistan tərəfi beş hərbçisini itirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm