İdman
Neymar Messi ilə yenidən birləşə bilər

Braziliyalı cinah oyunçusu Neymar “İnter Mayami” klubunun futbolçusu ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, futbolçunun nümayəndələri mümkün transferin potensial faydasını qəbul edirlər, baxmayaraq ki, rəsmi danışıqlar hələ başlamayıb.
Əgər bu transfer baş tutarsa, Neymar “Barselona”da birlikdə çıxış etdiyi argentinalı Lionel Messi ilə yenidən bir komandada oynayacaq.
İyulun 25-də Braziliyanın “Santos” klubu Neymarla müqavilə imzaladığını açıqlayıb. 33 yaşlı futbolçunun klubla olan müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir və müddət bitdikdən sonra uzadılma imkanı nəzərdə tutulur.
2025-ci il yanvarın 28-də məlum olub ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Neymarla olan müqaviləni ləğv edib. Neymar 2023-cü ilin yayında Fransanın “Paris Sen-Jermen” klubundan €90 milyon qarşılığında “Əl-Hilal”a keçmişdi. Yeni komandasında cəmi beş oyun keçirib və bir qol vurub. 2023-cü il oktyabrın 18-də Braziliya yığmasının Uruqvayla oyununda Neymar ciddi zədə alıb — onun çarpaz bağları və meniskisi qopmuşdu. Bərpa prosesi bir ildən çox çəkib və o, ilk dəfə 2024-cü ilin noyabrında meydana çıxıb.
Neymar həmçinin “Barselona” klubunun heyətində çıxış edib və UEFA Çempionlar Liqasının qalibi olub.
Hüseyn İbadlı
-
İdman01:41
Neymar Messi ilə yenidən birləşə bilər
-
Magazin200:15
Tanınmış aktyorun qızı XƏRÇƏNGƏ TUTULDU - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Yeni düşüncələr doğa bilər
-
Yaxın Şərq11 Oktyabr 23:36
HƏMAS-dan Trampı qəzəbləndirəcək QƏRAR - Silahları...
-
Magazin111 Oktyabr 23:24
“Onlar bədbəxt insanlardır” -
-
Nəqliyyat11 Oktyabr 22:12
Bakıda avtobus sürücü təhlükə saçdı: qurumlar hərəkətə keçdi - VİDEO
-
Magazin211 Oktyabr 21:48
Məşhur aktyor 47 yaşında xərçəngdən VƏFAT ETDİ - FOTO
-
İdman11 Oktyabr 20:36
“Dedi ki, o qolu hələ də unutmamışam” - VİDEO