Zelenski yenə Trampla danışdı
Bizi izləyin

Dünya

Zelenski yenə Trampla danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla son sutkada ikinci dəfə telefonla danışıb.

Publika.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” səhifəsində bildirib.

“Mən indicə ABŞ Prezidenti Donald Trampla iki gündə ikinci dəfə danışdım və bu gün də çox məhsuldar söhbətimiz oldu”, - deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, oktyabrın 11-də keçirilən danışıqlardakı eyni məsələlər – Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, habelə enerji sektorunun bərpasına köməklik müzakirə edilib. Ukraynanın uzaqmənzilli silahlarla təmin edilməsi də ayrıca müzakirə olunub.

"Prezident Tramp baş verən hər şeydən yaxşı məlumatlıdır. Söhbətimizi davam etdirməyə razılaşdıq və komandalar hazırlaşır. Təşəkkür edirəm!", - deyə Ukrayna lideri əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm