Avropa
Bu xanıma yüksək vəzifə verilə bilər - Yermakın adamıdır
Ukraynanın Baş naziri Yuliya Sviridenko ölkənin mədəniyyət naziri vəzifəsinə Tatyana Berejnayanın təyin olunmasını təklif edib.
Publika.az xəbər verir ki, bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk məlumat verib.
Rada sədri qeyd edib ki, Sviridenko Berejnayanın namizədliyini “Xalqın Xidməti” siyasi partiyasının deputat fraksiyasının təklifi əsasında irəli sürüb. Berejnaya yalnız mədəniyyət naziri postuna deyil, həm də Ukraynanın humanitar siyasət üzrə baş nazir müavini vəzifəsinə namizəd göstərilib. İndi bu təklifi Rada deputatları müzakirə edəcək.
2022-ci ildən hökumətdəki son dəyişikliklərə qədər Berejnaya iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb. İyul ayının sonundan etibarən isə o, Ukraynanın mədəniyyət və strateji kommunikasiyalar naziri vəzifəsini icra edib.
Yayda Ukraynada hökumət dəyişib. Yeni hökumətə rəhbərlik edən Sviridenko əvvəllər birinci baş nazir müavini - ölkənin iqtisadiyyat naziri vəzifəsində çalışıb. O, Ukrayna Prezidentinin Aparat rəhbəri Andrey Yermakın himayəsində olan şəxs kimi tanınır. Həmin dövrdə Ali Rada keçmiş baş nazir Denis Şmıqalı rəsmi olaraq ölkənin müdafiə naziri vəzifəsinə təsdiqləyib.
Hüseyn İbadlı
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?

























.jpg)


.jpg)










