Dünya
Türkiyədən Qəzza zolağına göndərilən yardımların həcmi açıqlandı

Oktyabrın 8-də İsrail ilə Fələstin arasında atəşkəslə bağlı əldə olunan razılıqdan sonra Türkiyədən Qəzza zolağına humanitar yardımların çatdırılması istiqamətində fəaliyyətlər sürətlənib.
Publika.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamenti açıqlama verib.
Türkiyədən bölgəyə 100 yük maşını ilə göndərilən yardım karvanı Misirin Əl-Ariş şəhərindən Karem Ebu Salem sərhəd qapısına çatdırılıb.
Bu çərçivədə, bu il iyulun 27-dən etibarən 333 yük maşını yardımın Qəzzaya keçidi təmin edilib.
Oktyabrın 13-də Türkiyəyə məxsus daha 20 yük maşını yardım, eləcə də çadırlar bölgəyə göndəriləcək.
Qeyd edilib ki, 2023-cü il oktyabrın 7-dən bugünədək Türkiyədən Qəzzaya 16 gəmi və 14 təyyarə ilə ümumilikdə 101 min 725 ton humanitar yardım göndərilib.
-
Magazin105:15
Samirə Efendi jüri kürsüsündə huşunu itirdi: səhnədən belə apardılar - VİDEO
-
Qoroskop02:19
Günün ulduz falı: intuisiyanız pik nöqtədədir...
-
Avropa01:40
Fransada yeni hökumət quruldu
-
Magazin112 Oktyabr 22:44
Namiq ilk dəfə xanımı ilə şəklini paylaşdı, üzünü gizlətdi
-
Ekologiya12 Oktyabr 20:32
Günəşdə güclü partlayışlar olacaq
-
İdman12 Oktyabr 20:20
Messi MLS tarixində bunu bacaran ilk futbolçu oldu
-
Ekopublika.az12 Oktyabr 19:19
Trampın nə qədər "Bitcoin"i var? - "Forbes" açıqladı
-
Ekologiya12 Oktyabr 18:29
Əhaliyə xəbərdarlıq: oktyabrın 13-də...