Dünya
Rusiya qırıcıları VURULACAQ - NATO qaydaları asanlaşdırır

Şimali Atlantika Müqaviləsi Təşkilatının ( NATO ) hərbi rəhbərliyi yerüstü raketlər daşıyan Rusiya qırıcılarının vurulması prosedurunu sadələşdirəcək yeni qaydaları müzakirə edir.
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Rusiya təyyarələrinin silahlanması və uçuş marşrutu təhlükənin qiymətləndirilməsində əsas amillər olacaq. NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç alyansa üzv olan ayrı-ayrı ölkələrin “milli ehtiyatlarını” aradan qaldıracaq vahid hava və raket əleyhinə müdafiə sisteminin yaradılmasını müdafiə edib.
Məsələnin çərşənbə günü keçiriləcək görüşdə NATO müdafiə nazirlərinin müzakirəsinə çıxarılması planlaşdırılır.
Sentyabrın 19-da Rusiyanın üç "MiQ-31" təyyarəsi Baltik dənizi üzərindən Kalininqrad vilayətinə doğru uçub. Estoniya Vaindloo adası yaxınlığında hava məkanını keçdiklərini və təxminən 12 dəqiqə orada qaldıqlarını bildirib.
Hüseyn İbadlı
-
Magazin206:16
Şakiradan iddialı FOTOLAR
-
Avropa05:15
QANDONDURAN CİNAYƏT - Qızlarını 27 il əsirlikdə saxladılar
-
İdman03:13
Ronaldo dünya rekorduna imza atdı
-
Sosial02:42
Azərbaycanda yaşa görə müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
-
İdman01:30
Türkiyədən darmadağın, İngiltərə finala adladı
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Həmin qərar sizi çətinliyə sala bilər
-
Səhiyyə14 Oktyabr 23:24
Ürək problemlərinin gözlənilməz səbəbi müəyyən edildi
-
Nida Xəbər 14 Oktyabr 23:12
Həbs edilən Ramiz Mehdiyevin parlaq karyerası - DOSYE