Avropa
QANDONDURAN CİNAYƏT - Qızlarını 27 il əsirlikdə saxladılar
Polşanın Şventoxlovitse şəhərində valideynlər 42 yaşlı bir qadını 15 yaşından etibarən əsarətdə saxlayıblar.
Publika.az xəbər verir ki, bu barədə RMF məlumat yayıb.
Qadın təsadüfən aşkar edilib: qonşular onun valideynlərinin evindən gələn qışqırıqları eşidərək polis çağırıblar. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları qadını kritik vəziyyətdə tapıbla. Bu illər ərzində o, heç bir tibbi yardım almayıb, tualetə çıxışı olmayıb və nəinki küçəyə, heç eyvana belə çıxmayıb. Mirella adlı zərərçəkmiş qadınla qarşılaşan polis əməkdaşları onun yeriyə bilmədiyini bildiriblər. Könüllülər onun reabilitasiyası üçün vəsait toplayıblar. Həkimlər iki ay ərzində onun həyatını xilas etməyə çalışıblar.
Qadın yaşlı bir cütlüyün övladlığa götürdüyü qızı olub. Onlar qız 15 yaşında olarkən onu evdə kilidli vəziyyətdə saxlamağa qərar veriblər və qonşulara onun itkin düşdüyünü, bəlkə də bioloji valideynlərinin yanına qayıtdığını deyiblər.
Faktla bağlı araşdırma başladılıb.
Hüseyn İbadlı
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO



























.jpg)












