ABŞ
Tramp Si Cinpini görün nədə ittiham etdi
"Çin prezidenti Si Cinpinlə əla münasibətim var".
Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.
Bununla belə, o, Çin liderini əsəbiləşməkdə ittiham edib.
O qeyd edib ki, Vaşinqton Pekinə qarşı diqqətli olmalıdır.
"Mənim Si Cinpin ilə əla münasibətim var, lakin o, bəzən alovlu ola bilər, çünki Çin bizə hökmranlıq etmək istəyir və onlar bizə hakim ola bilməzlər", - Tramp Argentina Prezidenti Xavyer Miley ilə görüşdə deyib .
Oktyabrın 14-də ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir Cənubi Koreyada keçiriləcək sammit çərçivəsində Tramp və Si Cinpin arasında görüş keçiriləcəyini açıqlamışdı. Onun sözlərinə görə, görüşün vaxtı artıq razılaşdırılıb. Diplomat əmindir ki, hər iki tərəf mübahisəli məsələləri, o cümlədən Pekinin yeni ixrac nəzarəti tətbiq etmək qərarı ilə bağlı məsələləri həll edə biləcək.
Keçən həftə Tramp mövcud tariflərə əlavə olaraq, noyabrın 1-dən etibarən Çindən gələn bütün mallara 100% rüsum tətbiq etdiyini açıqlayıb. Amerika lideri həmçinin “kritik proqram təminatı” üzrə ixrac nəzarətinin tətbiq olunduğunu açıqlayıb.
Hüseyn İbadlı
-
Dünya08:12Yağışdan gizlənən üç qızı ildırım vurub öldürdü
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)


























.png)

.jpg)





