İdman
"Liverpul" Salahı Türkiyə nəhənginə satır - ŞOK İDDİA

Türkiyənin “Qalatasaray” klubu “Liverpul”un hücumçusu Məhəmməd Salahla maraqlanır.
Publika.az xəbər verir ki, İstanbul təmsilçisi onun transferini artıq bu qış reallaşdırmağı planlaşdırır. Bu barədə "Nefes" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, “aslanlar” 33 yaşlı misirli futbolçunu qış transfer pəncərəsində heyətinə qatmaq üçün cəhd göstərəcək. İngiltərə nəhəngi isə Salahın müqaviləsi gələn mövsümün sonuna qədər qüvvədə olmasına baxmayaraq, onun satışını nəzərdən keçirməyə hazırdır.
Klub rəhbərliyi hesab edir ki, Salahın komandadakı dövrü tədricən başa çatır və indi ona görə maksimum gəlir əldə etmək ən uyğun zamandır.
Maraqlıdır ki, Salah 2 həftə öncə Çempionlar Liqasında “Qalatasaray”la keçirilən oyunda İstanbul klubunun atmosferindən çox təsirlənib. Bildirilir ki, o, hətta İlkay Gündoğandan “Qalatasaray”ın ev oyunlarında tribunadakı enerjinin həmişə belə olub-olmadığını da soruşub.
Məhəmməd Salah cari mövsümdə “Liverpul”un heyətində bütün turnirlərdə 9 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Heybət
-
Dünya13:00
Trampdan sirli açıqlama: Avropada bəyənmədiyi liderlər kimlərdir?
-
Dünya11:53
Ərdoğanın Meloniyə siqaretlə bağlı tövsiyəsi dünya mətbuatını silkələdi
-
Rəsmi xronika11:13
İlham Əliyev Misir səfərindən paylaşım etdi
-
Nida Xəbər 10:46
Əli Əsədov əmr imzaladı
-
Dünya10:20
Bu ölkədə böhran: Prezidentin hara qaçdığı bəlli oldu
-
Hadisə10:03
Bakıda dövlət qurumunun əməkdaşları döyüldü - VİDEO
-
Hadisə09:12
Nişandan qayıdarkən qəzada ölən ANAMA əməkdaşının - FOTOSU
-
Nəqliyyat08:10
Bakıda 15 istiqamətdə tıxac var - SİYAHI