Əli Əsədovdan taksilərlə bağlı QƏRAR
Bizi izləyin

Sosial

Əli Əsədovdan taksilərlə bağlı QƏRAR

Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25.000 (iyirmi beş min) müəyyən edilib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Rəqabət Məcəlləsinə, “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarına uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla verilsin.

Həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

Qərar 1 noyabr 2025-ci il tarixdən qüvvəyə minir və bu qərarın 1-ci hissəsində qeyd olunan icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixədək qüvvədədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm