ABŞ
Kreml 350 səhifəlik məxfi sənədi ABŞ-a VERİR - Onun qətli...
Rusiya hakimiyyəti ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı sənədləri təqdim etməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Anna Paulina Luna sosial şəbəkə məlumat verib.
Konqres üzvünün sözlərinə görə, Rusiyanın ABŞ-dakı səfiri Rusiya Federasiyası hökumətinə məxsus 350 səhifəlik sənədi şəxsən onun ofisinə çatdıracaq. Luna qeyd edib ki, ABŞ Konqresi bu məlumatlara çıxış əldə etməyə hələ 1990-cı illərdə cəhd göstərib.
Mart ayında ABŞ Milli Arxivi prezident Con Kennediyə, onun qardaşı Robert Kennediyə və vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqə qarşı sui-qəsdlərlə bağlı məxfi sənədləri açıqlayıb.
Məlum olub ki, SSRİ Kennediyə sui-qəsd törətmiş keçmiş dəniz piyadası Li Harvi Osvaldla bağlı ABŞ-a məlumat ötürüb. Bu məlumatlar arasında onun zəif atıcılıq bacarıqları da yer alıb. Söhbət 1990-cı illərin əvvəllərindən gedir - həmin dövrdə Sovet İttifaqı ABŞ-la münasibətlərin istiləşməsi çərçivəsində Osvaldla bağlı əlində olan məlumatları təqdim etməyə qərar verib. Bu sənədlərdən aydın olur ki, KQB amerikalı haqqında məlumatları onun 1959–1962-ci illərdə SSRİ-də yaşadığı dövrdə toplayıb.
Hüseyn İbadlı
-
ABŞ10:52Trampdan sonra prezident o olacaq - Hazırlıqlar gedir
-
Hadisə10:21Biləsuvarda dəhşətli qəza - 5 nəfər öldü
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO





























.jpg)



