Rəsmi xronika
İlham Əliyev fərman imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 27 mart tarixli 975 nömrəli, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2024-cü il 29 iyul tarixli 163 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Publika.az fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251 (Cild I); 2024, № 2, maddə 147, № 3, maddələr 259, 262, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 8, maddə 944, № 12 (II kitab), maddə 1359; 2025, № 6, maddə 541) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 3.0.26-cı yarımbəndində “13” rəqəmləri “14” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1510 (Cild I); 2024, № 7, maddə 821, № 9, maddə 1005, № 11, maddə 1205; 2025, № 2, maddə 129, № 4 (I kitab), maddə 343) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 3.1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.1.51-ci yarımbənddən “, qanunla müəyyən edilmiş hallarda və qaydada su ehtiyatlarından istifadəyə icazə vermək” sözləri çıxarılsın;
2.2. aşağıdakı məzmunda 3.1.51-1-ci yarımbənd əlavə edilsin:
“3.1.51-1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın
13-cü maddəsində nəzərdə tutulmuş icazəni, onun dublikatını və əlavəsini vermək, habelə həmin icazəni yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ya ləğv etmək, həmçinin verilmiş icazənin şərtlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin etmək;”.
3. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 iyul tarixli 163 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 822) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 3.1.29-cu yarımbəndində “ehtiyatlarından istifadəyə icazələrin” sözləri “obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin” sözləri ilə əvəz edilsin.
-
İdman21:48Ayxan Abbasov: “Belə söhbətlərə qarışa bilmirik”
-
Magazin120:48Ölüm xəbərindən sonra onu bağışladığını açıqladı
-
İdman20:12Şəxsi təyyarə ilə Liverpula gəldi - Yaxın saatlarda…
-
Sosial18:36Azərbaycanlı bloqerlər Taylandda qəzaya düşdü - VİDEO
-
Rəsmi xronika17:38İlham Əliyevə təbriklər gəlməkdə davam edir
-
Cənubi Qafqaz12:42Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?
-
Sosial11:19Hesablama Palatasına yeni səlahiyyətlər verilir
-
İnanc10:07Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın























.jpg)













