Dünya
Bu münaqişə də sona çatır: Atəşkəs sazişi imzalayacaqlar

Tailand və Kamboca nümayəndələri atəşkəs sazişi imzalamağa yaxındır.
Publika.az xəbər verir ki, sənədin Malayziyanın paytaxtı Kuala-Lumpurda keçiriləcək ASEAN sammiti çərçivəsində imzalanacağı gözlənilir.
Məlumata görə, Tailand hökuməti Kambocaya sazişi imzalamaq üçün dörd şərt irəli sürüb: sərhəd bölgələrindən ağır silahların çıxarılması, minaların təmizlənməsi, internet fırıldaqçılığının qarşısının alınması və Kamboca vətəndaşlarının Tailandın özünə məxsus hesab etdiyi sərhəd ərazilərdən çıxarılması.
Sazişin Kuala-Lumpur və Vaşinqtonun vasitəçiliyi ilə imzalanacağı bildirilir. Malayziya Xarici İşlər Nazirliyi ümid edir ki, tərəflər bütün şərtləri yerinə yetirərək razılığa gələ biləcəklər.
Qeyd edək ki, sammitdə ABŞ prezidenti Donald Trampın da iştirakı gözlənilir.
Banqkok və Pnompenin sazişi imzalaması halında, bu addım iyul ayında kəskinləşən münaqişənin həlli və regionda sabitliyin bərpası istiqamətində mühüm mərhələ olacaq.
Adəm
-
Nida Xəbər 14:32
Ramiz Mehdiyevin şəxsi saytına giriş bloklandı
-
Rəsmi xronika13:18
İlham Əliyev üç fərman imzaladı
-
Sosial13:12
“Ramiz Mehdiyevin mənə nə dəxli var?” – Əli Həsənov danışdı
-
İdman12:25
Atası Lalənin sirrini açdı: Ağladı, çünki Bakı yadına düşmüşdü
-
Nida Xəbər 11:42
Ramiz Mehdiyevin ailə bankı ciddi zərər gördü
-
Nida Xəbər 10:18
Ramiz Mehdiyevin qızı bu vəzifənin sahibidir
-
Magazin109:48
Zaur Baxşəliyev məhkəmədə ifadə verdi: Efirdəki bu sözünə görə
-
Nida Xəbər 09:24
Ramiz Mehdiyevin biznes imperiyası: Görün nələri var