Türkiyənin məşhur brendi "Qarabağ"ın sponsoru olmaq istəyir
Bizi izləyin

İdman

Türkiyənin məşhur brendi "Qarabağ"ın sponsoru olmaq istəyir

"Türkiyə Hava Yolları" (THY) yenidən Azərbaycan futboluna qayıtmaq istəyir.

Publika.az xəbər verir ki, 2018-2021-ci illərdə "Neftçi"nin forma sponsoru olmuş Türkiyə brendi indi də Premyer Liqada başqa bir partnyorla tərəfdaşlıq etmək niyyətindədir. Bu barədə "Sportinfo.az" məlumat yayıb.

İnformasiyaya görə, THY hazırda iki variantı nəzərdən keçirir. Onlardan biri "Qarabağ"dır. Ağdam təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparması, ilk iki turda qələbə qazanması, bununla Avropaya böyük səs salması şirkətin diqqətini çəkib.

Qarşı tərəf konkret təkliflər paketi ilə Azərbaycanın ən yaxşı klubuna müraciət etməyə hazırlaşır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm