Ölüm hökmü verildikdən 20 il sonra edam edildi - FOTO
Bizi izləyin

Dünya

Ölüm hökmü verildikdən 20 il sonra edam edildi - FOTO

ABŞ-da adam öldürməkdə təqsirli bilinən iki nəfər edam edilib.

Publika.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Bildirilib ki, 48 yaşlı Lens Şokli 2005-ci ildə Missuri ştatında polis zabitini güllələdiyi üçün ölüm cəzasına məhkum edilib.

Floridada isə 72 yaşlı Samuel Li Smithers təxminən 30 il əvvəl törətdiyi qətlə görə edam edilib. O, 1996-cı ildə Floridada iki qadını öldürüb və 1999-cu ildə birinci dərəcəli qətlə görə məhkum edilib.

Bununla da Floridada bu il edam edilənlərin sayı 14-ə çatıb. Bu say ştatda 1976-cı ildən bəri ən çox edamın həyata keçirildiyi il kimi tarixə düşüb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm