Sosial
“Ramiz Mehdiyevin mənə nə dəxli var?” – Əli Həsənov danışdı

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından sonra PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun istintaqa çağırılması ilə bağlı iddialar yayılıb.
Publika.az xəbər verir ki, Teleqraf-a məsələ ilə bağlı Əli Həsənovla əlaqə saxlayıb.
O, açıqlamasında yayılan xəbərləri təkzib edib:
“Mən heç bir istintaqa cəlb olunmamışam. Hazırda heç bir ictimai-siyasi öhdəliyim yoxdur. Haqqımda yayılanlar yalandır, boş söhbətlərdir. Ramiz Mehdiyevin mənə nə dəxli, nə aidiyyəti var?”
Qeyd edək ki, ötən gün Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. Akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham olunur.
-
İdman15:24
Abramoviç milyonlar verəndən sonra yoxa çıxan məşqçi: Azərbaycandan təklif alıbmış
-
Dünya15:18
Moskvaya gedən Əl Şaraanın Putindən nə tələb etdiyi bəlli oldu
-
Nida Xəbər 14:32
Ramiz Mehdiyevin şəxsi saytına giriş bloklandı
-
Rəsmi xronika13:18
İlham Əliyev üç fərman imzaladı
-
Sosial13:12
“Ramiz Mehdiyevin mənə nə dəxli var?” – Əli Həsənov danışdı
-
İdman12:25
Atası Lalənin sirrini açdı: Ağladı, çünki Bakı yadına düşmüşdü
-
Nida Xəbər 11:42
Ramiz Mehdiyevin ailə bankı ciddi zərər gördü
-
Nida Xəbər 10:18
Ramiz Mehdiyevin qızı bu vəzifənin sahibidir