Atası Lalənin sirrini açdı: Ağladı, çünki Bakı yadına düşmüşdü
Bizi izləyin

İdman

Atası Lalənin sirrini açdı: Ağladı, çünki Bakı yadına düşmüşdü

Azərbaycan millisinin sabiq qapıçısı, hazırda ÇSKA-da (Mosvka) məşqçi kimi çalışan Dmitri Kramarenko qızı, bədii gimnastikası üzrə Rusiya millisinin aparıcı üzvlərindən Lalə haqda bu ölkənin mətbuatına müsahibə verib.

Publika.az xəbər verir ki, o, qızının nənəsinin ölümündən sonra keçirdiyi çətin emosional dönəmdən necə çıxdığı haqda danışıb:

- Hər şeyi sizə danışır?
- Bəzi sirləri özündə saxlayır. Təxminən 3 il əvvəl Bakıda bir turnir var idi, nənəsinin ölümündən iki ay sonra keçirilirdi. Onun itkisi Lala üçün çox böyük zərbə olmuşdu, amma bunu heç kim bilmirdi. O vaxt mən ÇSKA ilə toplanışda idim, amma turniri səbirsizliklə gözləyirdim. Turnir əsas yarışlardan biri deyildi, amma mənim üçün vacib idi ki, Lalə yaxşı çıxış etsin. Daxilimdə hiss edirdim ki, emosional vəziyyətinə görə bu, çətin olacaq. Birdən zəng edib dedi: “Ata, hər şey əlimdən çıxır”. Mən izah etdim ki, bu, yaxın insanın itkisinə təbii reaksiyadır.

- Lalə necə çıxış etdi?
- Mükafatçılar sırasına düşdü. O vaxt anladım ki, aramızda çox güclü bir bağ var. Baxmayaraq ki, məşqçilər ona təzyiq göstərirdilər. Mən Laləya deyirdim: “İrina Aleksandrovna sənin məşqçindir, buna haqqı var”. Amma içimdən gəlirdi ki, məşqçiləri yığıb deyim: “Heç olmasa belə bir faciədən sonra qızı sıxışdırmayın”.

- Görünür... İndi anlayıram ki, niyə uşaqlıq haqda sual veriləndə Lalə ağladı...
- Çünki Bakı yadına düşdü. O, bu şəhəri çox sevir və daim ora getmək istəyir. Sonuncu dəfə orada 6 il əvvəl olmuşdu, mən hələ Azərbaycan millisində işləyirdim, nənəsi də sağ idi. Lalə Bakını Moskva qədər çox sevir.

- Bakıdan Moskvaya köçdükdən sonra Lalə necə uyğunlaşa bildi?
- Bakıda aldığı təhsil çox möhkəm baza yaratdı. Münasibətlər həm peşəkar, həm də səmimi idi. Məşqdən sonra məşqçilərlə birgə kafeyə gedir, zarafatlaşırdıq. Onlar da tez-tez bizə qonaq gəlirdilər. Heç bir məsafə yox idi. Moskvada özünü sınamaq vaxtı gələndə, təbii ki, Bakıdakı məşqçilər incidi. Üstəlik, o vaxt onlar da yığmada çalışırdılar. Əgər Bakıda qalsaydıq, Lalə orada da öz adını tanıdardı.

- Moskvada hansı çətinliklərlə üzləşdi?
- Orada hamıdan fərqli idi: tünd saçlı, çox elastik. İlk məşqdən qayıdanda, az qala ayaqyalın gəlmişdi. “Ayaqqabıma buzlu su töküblər” deyirdi. Qızlar nə oyunlar çıxarmırdılar ki! Amma bütün bunlar onun xarakterini möhkəmləndirdi.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm