Putin və Tramp Budapeştdə nələri müzakirə edəcək?
Bizi izləyin

Dünya

Putin və Tramp Budapeştdə nələri müzakirə edəcək?

Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın keçmiş lideri Donald Tramp arasında planlaşdırılan görüş Arktikada uzunmüddətli layihələrin, o cümlədən Berinq boğazından nəqliyyat keçidi ideyasının müzakirəsi üçün platforma ola bilər.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov “Life.ru”ya açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, bu dialoq hər iki ölkənin Arktika regionundakı strateji maraqlarına toxunan daha geniş mövzuların müzakirəsinə imkan yaradacaq. O, xüsusilə Arktika marşrutlarının inkişafı üçün birgə iqtisadi mexanizmlərin yaradılması, liman və nəqliyyat infrastrukturuna sərmayələrin yatırılması, eləcə də Şimal dəniz yolunun inkişafının prioritet istiqamətlərdən biri ola biləcəyini qeyd edib.

Qavrilov əlavə edib ki, görüşün gündəliyinə əvvəllər yalnız nəzəri səviyyədə müzakirə edilən daha iddialı layihələr də daxil edilə bilər. O, sovet dövründə müxtəlif formalarda - bənd, körpü və ya tunel kimi nəzərdən keçirilmiş Berinq boğazı üzərindən nəqliyyat keçidinin inşasını bu layihələrdən biri kimi xatırladıb.

Nəşrin mənbəsinin bildirdiyinə görə, belə bir təşəbbüs Arktika və Sakit okean regionlarında beynəlxalq əməkdaşlığın simvoluna, eyni zamanda Rusiya ilə ABŞ arasında iqtisadi əlaqələrin bərpasının göstəricisinə çevrilə bilər.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm