Sərnişinin halı pisləşdi - Təyyarə təcili Bakıya endi
Bizi izləyin

Hadisə

Sərnişinin halı pisləşdi - Təyyarə təcili Bakıya endi

"Uzbekistan Airways" aviaşirkətinə məxsus, İstanbul-Ürgənc marşrutu üzrə uçan təyyarə göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranan problem səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib.

Publika.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

"Airbus A320" tipli hava gəmisinin kapitanı Bakı hava limanına məcburi eniş üçün sorğu göndərib. Təyyarə yerli vaxtla saat 17:26-da uğurla eniş edib.

Hadisə ilə bağlı dərhal tibbi xidmət heyəti əraziyə cəlb olunub və sərnişinə ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladə və təxirəsalınmaz hallarda operativ reaksiya vermək imkanına malikdir və sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq standartlara uyğun prosedurları həyata keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm