Bu iki ölkə Moskvaya qarşı ittifaq yaradır: Görün nə quracaqlar
Bizi izləyin

Dünya

Bu iki ölkə Moskvaya qarşı ittifaq yaradır: Görün nə quracaqlar

İslandiyaya səfər edən Almaniyanın müdafiə naziri Boris Pistorius bu ölkənin xarici işlər naziri Þorgerður Katrín Gunnarsdóttir ilə hərbi əməkdaşlıq haqqında saziş imzalayıb.

Publika.az xəbər verir ki, müqaviləyə əsasən, Almaniya İslandiyada kəşfiyyat təyyarələri, sualtı qayıqlar, döyüş və təchizat gəmiləri üçün baza yaradacaq.

Saziş iki ölkəyə hava və dəniz məkanına nəzarət, eləcə də kibermüdafiə sahəsində mümkün təhdidlərə qarşı birgə mübarizə aparmağa imkan verəcək.

Bundan əlavə, sənəd dəniz logistikasında əməkdaşlığı da əhatə edir və məqsəd Rusiyanın zəifləyən donanmasının kritik dəniz infrastrukturuna yarada biləcəyi təhlükələri minimuma endirməkdir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm