Hadisə
Bakıda nazirlik əməkdaşı küçədə sərxoş olub yatdı - Məxfi sənədlər oğurlandı

Bakıda spirtli içki qəbul etdikdən sonra Fəvvarələr meydanında oturacaqda yatan Maliyyə Nazirliyinin mühasibi Ənvər Talıbovun (ad-soyad şərtidir) başına iş gəlib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, onun yatmasından istifadə edən 1988-ci il təvəllüdlü Kamran Qasımov (ad-soyad şərtidir) mühasibin cibindən 3000 manat dəyərində olan “iPhone 14 Pro Max” markalı telefonu, şalvarın sağ arxa cibində yerləşən pul kisəsindən isə 100 manat pulunu gizli olaraq talayıb.
Ötən ilin iyulun 14-də baş verən oğurluq hadisəsinə Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılıb.
Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, səhər saat 6 radələrində telefonu yerdən götürüb. O, pul qabında yalnız sənədlərin olduğunu, pulun isə olmadığını bildirib. Kamran Qasımov oğurladığı telefonu 300 manata satdığını bildirib.
Zərərçəkmiş şəxs qismində ifadə verən nazirliyin mühasibi isə telefonunda məxfi sənədlərin olduğunu, bunu itirdiyi üçün işdən töhmət aldığını bildirib. O, dəymiş ziyanın ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçi olub.
Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi üzrə təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
-
Magazin221:00
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi
-
MDB20:24
Putin və Tramp Macarıstana birlikdə gedəcək?
-
ABŞ19:50
Bu ölkə ABŞ-dakı səfirini geri çağırdı
-
Dünya18:30
Türkiyə Haniyənin ailə üzvlərini Qəzzadan çıxarıb
-
İdman18:10
“Qarabağ” İspaniyaya yollandı - Fotolar
-
Sosial17:26
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Rəsmi xronika16:32
İlham Əliyev Qazaxıstana getdi
-
Sosial15:02
Aqil Ələsgərin həyat yoldaşı intihara cəhd etdi