ABŞ Netanyahudan görün nə istəyib - Şok iddia
Bizi izləyin

Dünya

ABŞ Netanyahudan görün nə istəyib - Şok iddia

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İsrailin baş naziri Benyamin Netanyahudan Qəzzada atəşkəs üçün şans verməsini istəyib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" televiziyası məlumat yayıb.

Bildirilib ki, Vens Netanyahuya Qəzzanın yenidən qurulması prosesində çətinliklərin olduğunu deyib.

"Qəzzanın yenidən qurulması və HƏMAS-ın İsrail üçün təhlükə yaratmamasını təmin etməkdə çətinliklər var. Müqaviləyə şans verərək işləri həll etmək üçün bizə zaman yaradın", - o söyləyib.

Məlumata görə, Netanyahu da Vensə atəşkəs razılaşmasının uğurlu olmasını istədiyini bildirib.

İkili arasında keçirilən görüşdə iştirak edən yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, Netanyahu atəşkəsin qorunub saxlanması üçün növbəti addımlara hazırdır.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm