Məşhur futbolçunun xoşbəxt etdiyi rus gözəl - FOTOLAR
Bizi izləyin

İdman

Məşhur futbolçunun xoşbəxt etdiyi rus gözəl - FOTOLAR

Bu yay “Barselona” və “İnter” klublarının sabiq ulduzu Aleksis Sançes gözlənilmədən “Sevilya” ilə müqavilə imzalayıb. Yeni klubundakı ilk matçında 36 yaşlı çilili futbolçu məhsuldar ötürmə edib (“Elçe” ilə 2:2), ikinci oyunda isə qələbə qoluna imza atıb (“Alaves”ə qarşı 2:1). Oktyabrın əvvəlində isə o, “Barselona”ya özünü xatırladıb. Onun penaltidən vurduğu qolla kataloniyalıların darmadağını başlayıb - 4:1.

Amma o, 2024/25 mövsümündə “Udineze”nin heyətində qol və ya ötürmə ilə yadda qalmamışdı. Görünür bu dəyişimin bir səbəbi var. Tanış olun, Aleksis Sançesin yeni sevgilisi Aleksandra Litvinova!

Aleksandra və Aleksis 2025-ci ilin əvvəlindən birlikdədirlər. Həmin vaxt Sançes “Udineze”də çıxış edirdi, Aleksandra isə tez-tez Udin şəhərində stadiondan şəkillər paylaşırdı. Şərhlərdə ondan “Bu hansı oyundur?” – deyə soruşurdular. O isə “Heç bir anlayışım yoxdur!” cavabını verirdi.

Sentyabrın əvvəlində Aleksandra “Yeni evimiz. Salam, İspaniya!” yazısı ilə Sevilyadan paylaşım edib. Abunəçiləri ondan Aleksislə birgə şəkil istəmiş, məşqlərdə olduğu vaxtlar onun sevdiyi yeməkləri bişirməyi unutmamasını xatırlatmış və şərh bölməsini Sançeslə bağlı giflərlə doldurmuşdular.

Aleksandra 2000-ci ilin yanvarında anadan olub. Qısa müddət əvvəl 25 yaşını qeyd edib və futbolçudan 12 yaş kiçikdir. Litvinova rusiyalı modeldir. Onun “İnstagram” profilində belə yazılıb: “10 il model biznesində, 11 ölkədə”. Böyük Britaniya, Fransa, Türkiyə, Yunanıstan, Yaponiya, Koreya, Honkonq, Çin, Belarus, Rusiya və İtaliya onun fəaliyyət göstərdiyi ölkələrdir.

Aleksandra “Snejnaya Koroleva”, “Gloria Jeans”, “Befree”, “Louis Vuitton”, “Puma” və digər tanınmış brendlərin reklamlarında çəkilib.

“O son 5 il ərzində özümü çox bədbəxt hiss edirdim. 15 yaşından işləməyə başlamışdım, həyatın inanılmaz sürəti məni böyük şəxsi böhrana gətirdi. Kim olduğumu, nə istədiyimi bilmirdim. Nə ilə məşğul olmaq istədiyimi də anlamırdım, amma dəqiq bilirdim ki, indiki işimlə deyil. Həyatımın heç bir sahəsində özümü tam reallaşmış hiss etmirdim. Tez-tez xəstələnirdim. Çox dərin bir qaranlıq quyuya düşmüşdüm və onun sonu yox idi. Özümü çox tənha hiss edirdim, amma insanlarla münasibət qurmaq da istəmirdim. Dünya və insanlar mənə düşmən kimi görünürdü, çox həssas idim. Enerjim, həvəsim yox idi, yataqdan qalxmaq istəmirdim. Hər çəkilişin bitməsi üçün dəqiqələri sayırdım. Son 5 ildə elə bir gün olmayıb ki, ağlamayım və ya daxili ağrı hiss etməyim. Bəli, o qaranlıq quyuda mən, sözün əsl mənasında, dibə çatmışdım”, – Aleksandra 25 yaşını qeyd etməzdən əvvəl belə yazmışdı.

Amma həmin paylaşımda o, son bir ildə hər şeyin dəyişdiyini və nəhayət, xoşbəxt olduğunu bildirib. Görünür, bu xoşbəxtliyin səbəbi Aleksis Sançesdir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm