Bu ölkədə türk dili və ədəbiyyatı tədris olunacaq
Bizi izləyin

Dünya

Bu ölkədə türk dili və ədəbiyyatı tədris olunacaq

Suriyanın Dəməşq və Hələb universitetlərində türk dili və ədəbiyyatı tədris olunacaq.

Publika.az xəbər verir ki, bu barədə Suriya ali təhsil nazirinin müavini Əbdülhəmid əl-Xalid məlumat verib.

Onun sözlərinə görə, Türk Dili və Ədəbiyyatı şöbələrinin yaradılması Türkiyə Ali Təhsil Şurası (YÖK) ilə imzalanan razılaşmalara əsasən həyata keçirilib.

“Bu təşəbbüs iki ölkə arasında tarixi, mədəni və sosial əlaqələrin canlandırılması və onları institusional səviyyəyə daşımaq baxımından mühüm addımdır. Türk dilinin Suriyada ikinci dil kimi əhəmiyyəti getdikcə artır”, - deyə Xalid bildirib.

Qeyd edək ki, iyulun 10-da Türkiyə Milli Təhsil Nazirliyi ilə Suriya Təhsil Nazirliyi arasında “Təhsil sahəsində əməkdaşlıq protokolu” imzalanıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm