MDB
Rusiyada güclü partlayış: Ölü sayı artdı, matəm elan edildi - Video/Yeniləndi
Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb.
Publika.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksey Teksler məlumat verib.
O bildirib ki, hadisədən sonra obyektdə araşdırmalar davam edir.
Teksler ölənlərə görə bu gün Çelyabinsk vilayətində matəm elan edildiyini və bayraqların yarıya qədər endiriləcəyini qeyd edib.
Roza
***
Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 9-a çatıb.
Publika.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksey Teksler bildirib.
"Hazırda 9 nəfərin ölümü təsdiqlənib. Beş nəfər xəsarət alıb, həkimlərimiz onların vəziyyətini sabitləşdirmək üçün əllərindən gələni edirlər. İtkin düşənlər barədə məlumatı dəqiqləşdiririk", - o qeyd edib.
***
Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində müəssisələrdən birində partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Teksler "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, ölənlər var. Hadisə yerinə bütün təcili yardım xidmətləri gəlib, qərargah yaradılıb:
"Zavoddan verilən ilkin məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb".
Polisin verdiyi məlumata görə, partlayış zamanı hadisə yerində 15 nəfər növbətçi olub. İlkin məlumata görə, insident təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verib. Partlayışa pilotsuz uçuş aparatı ilə hücumun səbəb olduğu barədə iddialar da yayılıb, lakin bu məlumatlar hələlik təsdiqini tapmayıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir, dağıntılar təmizlənir.
Qeyd edək ki, bundan öncə Stavropoldə hərbi obyektin yaxınlığında partlayış baş vermişdi.
Ləman
-
Sosial20:36"5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs danışdı / VİDEO
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?



































