Vanda Nara yenə qalmaqal yaratdı: Görün hansı futbolçuya mesaj yazıb - FOTOLAR
Bizi izləyin

İdman

Vanda Nara yenə qalmaqal yaratdı: Görün hansı futbolçuya mesaj yazıb - FOTOLAR

Məşhur argentinalı model Vanda Nara "Çelsi"nin yarımmüdafiəçisi Enso Fernandeslə maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə ölkəsinin mətbuatı məlumat yayıb.

"Qalatasaray"ın ulduzu Mauro İkardinin keçmiş həyat yoldaşı, 38 yaşlı Vanda hazırda öz ölkəsində “Celebrity MasterChef” verilişini aparır. Fernandesin sevgilisi Valentina Servantes isə həmin şouda iştirak edir.

“La Nacion” nəşrinin yazdığına görə, iki qadın arasında gərginlik yaranıb. İddiaya əsasən, buna Vandanın Fernandesə göndərdiyi mesaj səbəb olub. Jurnalist Santyaqo Sposatonun sözlərinə görə, həmin mesajda belə yazılıb: “Az əvvəl səni gördüm, istəsən mənə yaz”.

Bildirilir ki, Fernandes mesajı cavablandırmaq əvəzinə dərhal Valentinaya göstərib. Məhz bu addımın Vandanı qəzəbləndirdiyi güman edilir.

Qeyd edək ki, ötən il Enso Fernandes və Valentina Servantes futbolçunun xəyanəti səbəbilə ayrılmış, lakin sonradan barışmışdılar. Buna görə də argentinalı futbolçu üçün Vandayla bağlı yeni söz-söhbətlərin yayılması heç də arzuolunan deyil.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm