Magazin2
Meqan Markl bu məşhurun toyunda iştiraka can atır: Dəvət almasa...
44 yaşlı Sasseks hersoginyası Meqan Markl dünyaşöhrətli müğənni Teylor Svift və onun sevgilisi, idmançı Trevis Kelsinin qarşıdan gələn toyuna dəvət almağa çalışır.
Publika.az xəbər verir ki, bu barədə məlumat “RadarOnline” tərəfindən yayılıb.
Mənbələrin bildirdiyinə görə, Markl üçün bu toyda iştirak təkcə sosial hadisə deyil, həm də simvolik əhəmiyyət daşıyır. O hesab edir ki, bu addım onun qlobal elita arasında statusunu daha da gücləndirəcək.
İnsayderlərin sözlərinə görə, hersoginya mümkün dəvətin olmamasını şəxsi təhqir kimi qəbul edir.
Xatırladaq ki, Meqan daha əvvəl Teylor və Trevisi nişanlarına görə açıq şəkildə təbrik etmişdi. Lakin iddialara görə, bu hadisə onun şousunun ikinci mövsümünün premyerasına və “As Ever” brendinin təqdimatına təsadüf etdiyi üçün Marklın pərdəarxası reaksiyası o qədər də səmimi olmayıb.
Mənbələr həmçinin qeyd edir ki, Meqan Markl hələ 2024-cü ildə Teylorla əlaqə yaratmağa cəhd edib, çünki onu təkcə milyonların sevimlisi deyil, həm də özü kimi qlobal təsir gücünə malik nümunə kimi görür.
Adəm
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı






.jpg)



























