Ərdoğan Omanda 16 saziş imzaladı - FOTO
Bizi izləyin

Dünya

Ərdoğan Omanda 16 saziş imzaladı - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz səfərinin son dayanacağı olan Omanda sultan Heytəm bin Tariq Al Səid ilə görüşüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında 16 müxtəlif sahə üzrə saziş imzalanıb.

Əl Aləm sarayında keçirilən görüş mətbuata qapalı baş tutub. Məlumata görə, liderlər arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Qeyd edilib ki, Ərdoğan bu səfərlə iki ölkə arasındakı həmrəyliyin daha da gücləndiyini söyləyib. Həmçinin o, Türkiyə və Omanın bir çox mövzuda, xüsusilə Fələstin məsələsində oxşar mövqedə olduğunu vurğulayıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm