Məhbuslar Sarkozini yatmağa qoymadılar: Qisas alacağıq - VİDEO
Bizi izləyin

Dünya

Məhbuslar Sarkozini yatmağa qoymadılar: Qisas alacağıq - VİDEO

Fransanın keçmiş prezidenti Nikola Sarkozi Sante həbsxanasındakı ilk günündə ölümlə hədələnib.

Publika.az xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb.

Görüntülərə əsasən, bəzi məhbuslar kameralarının pəncərəsindən qışqıraraq Sarkozinin ünvanına müxtəlif təhqirlər və hədələr səsləndiriblər. Onlar "Bizə üzünü göstər. Hər şeyi bilirik, Sarko. Qəddafini sən öldürdün. Biz qisas alacağıq" deyərək sabiq prezidenti ölümlə hədələyiblər.

Hadisədən sonra bu görüntüləri yayan 3 məhbus dindirilib. İstintaq zamanı iki mobil telefon götürülüb.

Səlahiyyətlilər hadisədən sonra Sarkozi üçün əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb. Sarkozinin kamerasının qarşısında iki silahlı polis məmuru yerləşdirilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm