“İnter Mayami” Messi ilə müqaviləni yenilədi - RƏSMİ
Bizi izləyin

İdman

“İnter Mayami” Messi ilə müqaviləni yenilədi - RƏSMİ

“İnter Mayami” hücumçu Lionel Messi ilə müqavilənin uzadıldığını elan edib.

Publika.az xəbər verir ki, 38 yaşlı argentinalı futbolçu ilə yeni müqavilə 2028-ci ilin sonuna qədər qüvvədə olacaq.

Messinin əvvəlki müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulmuşdu.

Messi 2023-cü ilin iyulunda “İnter Mayami”yə keçib. Dünya çempionu və səkkizqat “Qızıl top” sahibi komandası ilə birlikdə Şimali Amerika Liqalar Kubokunu qazanıb və 2024-cü il MLS-in (ABŞ çempionatı) müntəzəm mövsümündə çempion olub.

Argentinalı ulduz “İnter Mayami”nin heyətində bütün turnirlərdə 82 oyun keçirib, 71 qol vurub və 37 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm