Nida Xəbər
Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri Bakıya nə zaman gələcəklər? - AÇIQLANDI

"Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana cavab səfəri bu ilin sonuna qədər baş tuta bilər".
Publika.az xəbər verir ki, bu barədə "Report"a 2025-ci il oktyabrın 21-22-də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri heyətinin tərkibində İrəvana səfər etmiş "1news.az" saytının baş redaktoru Kəmalə Məmmədova bildirib.
"Səfərin qarşılıqlı olacağını gözləyirik. Görüşlərin formatını (vətəndaş cəmiyyəti nümayəndələri - red.) uzunmüddətli perspektivdə davam etdirmək planlaşdırılır. Müsbət siqnallar olarsa, proses daha da inkişaf edəcək. Ermənistanın nümayəndə heyətinin Bakıya konkret səfərinə gəlincə, o, yaxın zamana planlaşdırılır. Təfərrüat hələ müzakirə olunur. Lakin bu səfərin ilin sonuna qədər mümkün olacağı gözlənilir", - o qeyd edib.
K.Məmmədovanın sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvana səfəri müsbət və konstruktiv atmosferdə keçib:
"Heç bir təxribat və ya mənfi məqam olmayıb. Təşkilatçılıq, o cümlədən təhlükəsizlik məsələləri yüksək səviyyədə idi. Ermənistan tərəfi və erməni nümayəndə heyəti, o cümlədən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşlər konstruktiv keçib".
O vurğulayıb ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərini tarixi hesab etmək olar:
"Çünki o son 30 il ərzində baş tutmuş bütün əvvəlki görüşlərdən fərqli olaraq, yalnız ikitərəfli xarakter daşıyıb - üçüncü tərəflərin və mediatorların iştirakı olmadan".
K.Məmmədova qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri əvvəlcədən elan edilməmiş, görüşün təfərrüatı açıqlanmamışdı:
"Buna baxmayaraq, Ermənistanın sosial şəbəkə seqmentində görüşün keçirilmə yeri haqqında məlumatlar paylaşılıb, mənfi şərhlər səslənmişdi:
"Lakin əslində heç kim hotelə yaxınlaşmadı, etiraz etmədi və narazılıq bildirmədi. Şəhərdə gəzinti və görüşlər zamanı heç bir insident olmadı".
O əlavə edib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti üçün mədəni proqram təşkil edilib:
"Biz İrəvanın mərkəzində, Respublika meydanında gəzintiyə çıxdıq, Matenadaran muzeyinə (qədim əlyazmalar muzeyi) baş çəkdik. Hər şey sakit keçdi, heç bir mənfi hadisə olmadı".
-
Dünya23:12
Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başladı - VİDEO
-
Region22:36
Pezeşkian yenə Azərbaycan dilində şeir dedi: - VİDEO
-
Kriminal22:12
Dəhşətli cinayətin ŞOK TƏFƏRRÜATI - Hər ay kreditin ödəyib, əraziyə "giriş qadağandır" nişanı qoyub
-
Sosial21:36
Şəhidin büstü üzərindəki gülləri o oğurlayırmış - FOTO/VİDEO
-
Sosial21:24
Azyaşlı qızla ad günündə münasibətdə oldu: "Yaşını bilmirdim"
-
MDB19:36
Səmada qeyri-adi buludlar - Uçan boşqablar və...
-
Cənubi Qafqaz19:24
Ermənistanda daha bir şəhərin meri HƏBS EDİLDİ - FOTO
-
Sosial18:48
İcra başçısının oğluna yüksək VƏZİFƏ VERİLDİ