Dünya
Qırmızı telefon səssizdir: ABŞ və Çin müharibənin bir addımlığında
ABŞ və Çin hərbçilərinin iştirakı ilə təhlükəli insidentlərin kəskin artması fonunda iki güc arasında münaqişə riski ən yüksək həddə çatıb.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Qəzet yazır ki, Çinlə güclü böhran zamanı idarəetmə sistemləri qurmaqla, Tramp iki böyük gücü III Dünya Müharibəsinin astanasından geri qaytaran prezident kimi tarixə düşə bilər.
Bildirilir ki, Donald Tramp və Si Cinpinq arasında gələn həftə Cənubi Koreyada keçiriləcək görüş ərəfəsində Amerika prezidentinə ticarət razılaşmasına daha az diqqət yetirməyə və fəlakətin qarşısını almaq üçün güclü təcili kommunikasiya sistemlərinin qurulmasına daha çox diqqət yetirməyə çağırılır
Qeyd olunur ki, problem son illərdə daha da pisləşib. Konkret olaraq, 2023-cü ilin may ayında Çin qırıcı təyyarəsi Cənubi Çin dənizi üzərində ABŞ-ın kəşfiyyat təyyarəsinin yaxınlığında təhlükəli manevr edib. Çin tərəfindən ABŞ və müttəfiq qüvvələrə qarşı oxşar riskli müdaxilələr getdikcə çoxalıb.
Tarix belə hadisələrin nə qədər asanlıqla genişmiqyaslı münaqişəyə çevrildiyini göstərir. Məsələn, 2001-ci ildə Amerika kəşfiyyat təyyarəsi ilə Çin qırıcı təyyarəsinin toqquşması çinli pilotun ölümü və amerikalı ekipajın əsir düşməsi ilə nəticələnib. Onların azad edilməsinə yalnız 10 günlük yüksək səviyyəli gərgin danışıqlardan sonra nail olunub.
"Bu gün Çin daha güclü hərbi gücə malik olduğu və ABŞ ilə gərginliyin artması fonunda belə bir böhranın diplomatik yolla həll olunacağına əminlik yoxdur. Keçmişdə dialoq qurmaq cəhdləri uğursuzluğa düçar olub və mütəxəssislərin qeyd etdiyi kimi, “qaynar xətt”lər yaradılıb, amma saatlarla boş otaqda qırmız telefonlar susub...", - nəşr yazır.
Adəm
-
Rəsmi xronika17:24Prezident generalı vəzifəsindən azad etdi - FOTO
-
Nida Xəbər 17:07“Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək...” - Sirlər açılır
-
Dünya15:40Şimali Kiprdə yeni prezident and içdi: Tufan Erhürman kimdir?
-
Magazin113:57"Tamaşaçı da elə bilir ibadət edirəm” - Alim Qasımov
-
Region13:20Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Çox yüksək səviyyədə...
-
Region12:14Moskvadan İrəvana eyham: Tanqo üçün iki nəfər lazımdır
-
İdman11:53Messinin görüşdüyü qadın kimdir? - Həyəcanını gizlədə bilmədi - FOTOLAR
-
İdman10:54Azərbaycanlı futbolçu Rusiyada şou göstərdi: Möhtəşəm qol vurdu - VİDEO

































