ABŞ
Tramp niyə Rusiyaya qarşı bu sanksiyaları seçib?
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı enerji sanksiyaları üçün hazırlanan üç variantdan “orta” paketi seçib.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Adı açıqlanmayan rəsmi şəxslər bildiriblər ki, sanksiyaların ən sərti irimiqyaslı iqtisadi və birbaşa Rusiya rəhbərliyini hədəfləyən tədbirləri, ən yumşaq paket isə daha məhdud tədbirləri əhatə edirdi. Trampın seçdiyi “orta” paket isə “Rosneft”, “Lukoil” və onların törəmə şirkətlərini hədəf alır.
Qeyd olunur ki, oktyabrın 22-də Tramp maliyyə naziri Skott Bessentə Rusiyanın neft sektoruna qarşı sanksiyalar hazırlamağı tapşırıb.
Tramp administrasiyası hesab edir ki, tətbiq olunan sanksiyalar Rusiyanın enerji satışından əldə etdiyi gəlirlərinə ciddi təsir göstərə bilər. Sanksiya elanından sonra Hindistan neft emalı zavodları tədarükçüləri yoxlamağa başlayıb, bəzi Çin şirkətləri isə Rusiya neftinin alışını müvəqqəti dayandırıb.
Adəm
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO




























.png)

.jpg)





