Tramp açıqladı: Prosesdə Türkiyə də iştirak edəcək
Bizi izləyin

Dünya

Tramp açıqladı: Prosesdə Türkiyə də iştirak edəcək

ABŞ prezidenti Donald Tramp Qəzza bölgəsində fəaliyyət göstərməsi gözlənilən sülhməramlı qüvvələr haqqında bəyanat yayıb.

Publika.az xəbər verir ki, Tramp İsrail mətbuatının "Türkiyə qoşunları Qəzzada olmayacaq" iddialarını təkzib edib.

"Beynəlxalq Sabitləşdirmə Qüvvələri bölgəyə sürətlə yerləşdiriləcək. Əhəmiyyətli ölkələr cəlb olunacaq. Türkiyə də prosesdə iştirak edir. Qiymətləndirmələr davam edir. Müdafiə nazirimiz həmkarları ilə görüşəcək", - deyə ABŞ lideri qeyd edib.

Tramp həmçinin bildirib ki, bölgədəki sülhməramlı qüvvələr öz missiyalarına ən qısa müddətdə başlayacaq:

"Sizə təfərrüat verə bilmərəm, amma işlər davam edir. Əslində, hazırda liderlər seçilir. Yaxın Şərqdə sülh olacaq, bu, əsl sülhdür. Belə bir şey uzun müddətdir baş verməyib".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm