Elman Nəsirov: Yazıqsınız, kirayələrdə qalırsınız, öz dərdinizi çəkin - VİDEO
Bizi izləyin

Nida Xəbər

Elman Nəsirov: Yazıqsınız, kirayələrdə qalırsınız, öz dərdinizi çəkin - VİDEO

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov qızı ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, bu barədə Baku TV-yə danışıb.

Deputat bildirib ki, mətbuat bütün baş verənləri əlində bayraq edib:

“Məişət zəminində bu prosesin başlanılması üçün heç bir motiv və əsas yoxdur. Mətbuat və saytlar bu məsələni əllərində bayraq ediblər ki, deputatın qızı çöllərdə qalıb.

Onların elə ata-babadan 3-4 dənə evləri var. Bu sahədə heç bir problemləri yoxdur. Yeri gəlmişkən, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsində də, üçotaqlı və birotaqlı evlər var ki, o da onlarındır. Gələn il istifadəyə veriləcək. Eyni zamanda yoldaşının da evi var.

Yəni evlə bağlı onların heç bir problemləri yoxdur. Özlərini ürəyi yanırmış kimi göstərənlərə demək istəyirəm ki, siz özünüz yazıqsınız, kirayələrdə qalırsınız. Gedin, öz dərdinizi çəkin. Burada əsas mövqe Elman Nəsirovun işində hər hansı bir nöqtə tapmaqdan ibarətdir”.

Qeyd edək ki, Elman Nəsirovun qızı Laləzər Əliyeva atasının illərlə onunla maraqlanmadığını, hazırda isə ailə içində çətin vəziyyətdə qaldığını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm