Dünya
İmamoğlunun gizli əməliyyatı ifşa edildi - Görün kimlə əlbir olubmuş
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Əkrəm İmamoğlu, müşaviri Necati Özkan və jurnalist Merdan Yanardağ “siyasi casusluq” ittihamı ilə həbs olunub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində şübhəlilərin dindirilməsi başa çatıb.
Məlum olub ki, İmamoğlu prezidentliyə namizədliyini dəstəkləmək üçün casusluq fəaliyyətində iştirak edib. İmamoğlu və müşaviri Özkan 2019-cu il seçkilərində çoxsaylı seçicilərin sosial media hesablarına və İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) aid korporativ hesablara daxil olmaqla üstünlük əldə etməyə çalışıblar. Həmçinin onlar hərbi və siyasi casusluq təşkilatının lideri Hüseyn Gün ilə əməkdaşlıq edib.

Xüsusilə, İmamoğlunun göstərişləri ilə Özkan bələdiyyələrə məxsus məlumatları “Ostin” internet platformasına ötürüb və Gün vasitəsilə xarici kəşfiyyat orqanlarının dəstəyi ilə lider mövqe qazanmaq üçün təhlil və hesabat əməliyyatları aparıb.
Şübhəli Yanardağ isə baş redaktoru olduğu TELE1 kanalını Hüseyn Günün göstərişi ilə ictimai rəyin manipulyasiyası üçün vasitə kimi istifadə edib. Bu fəaliyyətlərin hamısı Günün ifadələri ilə təsdiqlənib.
Qeyd edək ki, Hüseyn Gün daha əvvəl başqa bir cinayətə görə həbs olunmuşdu.
Roza
-
Nida Xəbər 15:20Elman Nəsirov: Yazıqsınız, kirayələrdə qalırsınız, öz dərdinizi çəkin - VİDEO
-
Avropa14:16Bu ölkədə qalmaqal: 45 türk saxlanıldı, Türkiyə ilə vizasız rejim ləğv edildi - VİDEO
-
Hadisə14:02Azərbaycanda vəzifəli xanım vəfat etdi
-
Dünya12:50İmamoğlunun gizli əməliyyatı ifşa edildi - Görün kimlə əlbir olubmuş
-
Kriminal11:14Azər Maqsudova hökm oxundu
-
Avropa10:36Süni intellekt naziri “hamilədir”, görün neçə uşaq “doğacaq” - Albaniyada nə baş verir?
-
İdman09:48Dünyanı heyrətə gətirən qadın futbolçu: 8 aylıq hamilədir, amma... - FOTOLAR
-
İqtisadi gündəm09:23Açıqlandı: Gələn ildən pensiya kapitalı bu qədər artırılacaq














.png)



















.jpg)


