Nida Təhlil
Paşinyandan Əliyevin jestinə cavab: Ermənistan Azərbaycana yolu açdı - Bu gündən...
Ermənistan Azərbaycana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin maliyyə, kredit və büdcə məsələləri komitəsində 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bu qərar Azərbaycan prezidenti İlham Əliyevin Ermənistana qarşı analoji məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatına cavab olaraq qəbul edilir.
"Bu, Ermənistana qarşı blokadanın aradan qaldırılmasında ilk mərhələdir, lakin bizim qarşılıqlı addımlar atmağımız vacibdir. Bu gündən etibarən yük maşınlarının Marqara-Yeqnadzor-Sisyan-Gorus yolu ilə Türkiyədən Azərbaycana və geriyə tranzitini təmin etməyə hazırıq", - Paşinyan bildirib.
Onun sözlərinə görə, İrəvan hələlik bu marşrutla məhdudlaşacaq, çünki oradakı yollar və keçid məntəqələri (o cümlədən Kornidzordakı keçid məntəqəsi) adekvat standartdadır.
Ermənistan hökumətinin başçısı həmçinin qeyd edib ki, 2026-cı il büdcə layihəsi ilk dəfədir ki, “dinc şəraitdə” qəbul edilir və son bir il səkkiz ay ərzində sərhəddə atışmalarda bir nəfər də olsun hərbçi həlak olmayıb.
Beləliklə, o hesab edir ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderlərinin imzaladığı sazişlər öz nəticəsini verir.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan edib. Onun sözlərinə görə, ilk belə tranzit yük Qazaxıstan taxılı olub. Əliyev həmçinin bəyan edib ki, İrəvanla Bakı arasında “sülh mərhələsi başlayıb”. Ermənistanın baş naziri Nikol Paşinyanın ofisi artıq Əliyevin qərarını alqışlayıb.
Tural
-
Magazin217:00Məşhur cütlüyün 20 milyon dollarlıq toyu
-
Dünya16:47"Qazax şahzadəsi" ABŞ-da 35 milyonluq malikanəni cəmi 10 dollara aldı - FOTO
-
Rəsmi xronika15:44Prezident bu qanunda dəyişikliyi təsdiqlədi
-
Sosial14:58Şıx çimərliyində qalmaqallı görüntülər: Rəsmi qurum iddialara cavab verdi - VİDEO
-
Sosial14:36ƏƏSMN bu qədər şəxsi işlə təmin etdi
-
Kriminal13:05Bakıda qayınata gəlinini narahat edən şəxsi avtomobillə vuraraq öldürdü - YENİLƏNDİ
-
Dünya12:08Rusların telefon zarafatı bu ölkəni qarışdırdı: İstefası tələb olunur
-
İdman11:08Azərbaycan həndbolunda böhran: Çempionat keçirilməyəcək?













.png)





.jpg)





.jpg)





.jpg)






