ABŞ-ın müttəfiqi Rusiya qazından imtina edir?
Bizi izləyin

Dünya

ABŞ-ın müttəfiqi Rusiya qazından imtina edir?

ABŞ və Yaponiya iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə dərinləşdirmək barədə razılığa gəlsələr də, Tokio Rusiyanın enerji idxalından imtina edəcəyinə əmin deyil.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, Yaponiya ABŞ iqtisadiyyatına 550 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb. Müvafiq ikitərəfli ticarət sazişi digər məsələlərlə yanaşı, elektrik enerjisi və mayeləşdirilmiş təbii qaz (LNG) hasilatını da əhatə edəcək.

Məlumata görə, Trampın Asiyaya səfəri ərəfəsində ABŞ Rusiya enerjisinin alıcılarını, o cümlədən Yaponiyanı idxalı dayandırmağa çağırıb. Yaponiya isə son illərdə ABŞ-dan LNG alışını artıraraq, əsas təchizatçısı Avstraliyadan tədarükləri diversifikasiya etməyə çalışır. Bundan əlavə, Tokio Rusiyanın "Saxalin-2" layihəsi çərçivəsində tədarük müqavilələrinin müddətini başa vurmağa hazırlaşır.

Tokio "Saxalin-2" layihəsi vasitəsilə LNG idxalını davam etdirməyi hədəfləyirdi. Çünki bu enerji mənbəyini Yaponiyaya çatdırmaq üçün cəmi bir neçə gün lazımdır. Alyaskadan qazın nəqli təqribən bir həftə, ABŞ-ın Körfəz sahillərindən isə təxminən bir ay çəkir.

"Tanaka Global" konsaltinq firmasının baş direktoru Nobuo Tanaka isə bəyan edib ki, ABŞ Yaponiyanın Rusiya enerji təchizatından imtina etməsini istəyir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm