Qırıcılar havaya qalxdı: Rusiyanın kəşfiyyat təyyarəsini qovdu
Bizi izləyin

Dünya

Qırıcılar havaya qalxdı: Rusiyanın kəşfiyyat təyyarəsini qovdu

İki "MiQ-29" qırıcısı Baltik dənizi üzərində Rusiyaya məxsus "İl-20" təyyarəsinin qarşısını alıb.

Publika.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.

Məlumatda deyilir ki, Polşa Hərbi Hava Qüvvələrinin pilotları təyyarəni vizual olaraq müəyyən edib, müşayiət edib və məsuliyyət zonasını tərk edənə qədər izləyiblər.

Bildirilir ki, Rusiya təyyarəsi əvvəlcədən təqdim edilmiş plan olmadan və transponderi söndürülmüş halda beynəlxalq hava məkanında kəşfiyyat uçuşu həyata keçirirmiş.

Eyni zamanda Varşava "İl-20"nin Polşanın hava məkanını pozmadığını vurğulayıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm