Otel otağında sürpriz: Vinisius üç uşaq anası olan sevgilisi ilə barışdı - FOTO/VİDEO
Bizi izləyin

İdman

Otel otağında sürpriz: Vinisius üç uşaq anası olan sevgilisi ilə barışdı - FOTO/VİDEO

“Real”ın ulduzu Vinisius Junior bu həftə ilk dəfə xoş xəbərlə gündəmə gəlib.

Publika.az xəbər verir ki, braziliyalı hücumçu keçmiş sevgilisi ilə barışıb.

Model və bloqer Virciniya Fonseka gözlənilmədən Vinisiusla münasibətlərini bərpa etdiklərini açıqlayıb. Bu, bir neçə ay əvvəl böyük səs-küyə səbəb olan qalmaqaldan sonra baş verib.

Əvvəllər mətbuatda yayılan məlumatlara görə, cütlük futbolçunun digər qadınlarla yazışmalarını Virciniyanın təsadüfən görməsi səbəbindən ayrılmışdı. Hadisədən sonra Fonseka bütün birgə şəkilləri silmiş və zəhərli münasibətlərdən azad olmaq istədiyini demişdi.

Lakin görünür, ehtiras incikliyi üstələyib. Dünən Fonseka sosial şəbəkədə futbolçu ilə birlikdə çəkilmiş foto və videolar paylaşıb. Məlum olub ki, Vinisius sevgilisinə lüks otel nömrəsində romantik sürpriz hazırlayıb.

İndi model Vinisiusu ilk evliliyindən olan üç övladı ilə tanış etməyə hazırdır. Bu, cütlüyün ciddiliyini nümayiş etdirən bir addımdır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm